Müsahibə

Çempion KAPİTAN: “Qarabağ” indiyə kimi heç bir kluba güzəştə getməyib, getməyəcəkdə!”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Zirə” ilə oyundan sonra İdmanxber.com-a müshaibə verib.

– İlk öncə oyunla bağlı fikirlərini öyrənərdik.

– Bu matça çox ciddi hazırlaşmışdıq. Çalışdıq ki, bu oyunda qələbə qazanıb, çempionluğumuzu rəsmiləşdirək. Şükürlər olsun ki, bunu bacardıq.

– Oyundan öncə söz-söhbətlər gəzirdi ki, “Qarabağ” “Zirə”yə güzəştə gedəcək.  Amma oyunda bunun şahidi olmadıq…

– “Qarabağ” indiyə kimi heç bir kluba güzəştə getməyib, getməyəcəkdə! Fərqi yoxdur, hansı klub, hansı yerdədir biz heç yerə güzəştə getmirik. Hətta doğma qardaşım, atam belə olsa mən güzəşt etməyəcəm.

– Qarşıdan sizi kubok oyunu gözləyir. “Qızıl dubl” edə bilrəsiniz ardıcıl 2-ci dəfə. Bu barədə nə deyə bilərsən?    

– Bu barədə hələ heç nə deyə bilmərəm. İnşallah oyundan sonra bu haqda danışarıq.

– Bu çempionat sizin üçün ötən illərdəkindən asan olmadımı?

– Deməzdim bizim üçün çox asan oldu. Sadəcə olaraq, komandamız daha da təcrübələnib, oyunlara daha məsuliyyətli yanaşır. Özünüz də gördünüz ki, bəzən turnir cədvəlində 10-12 xal fərqi ilə irəlidə olurduq, bəzən də bu fərq 2-3 xala düşürdü. Amma şükür ki, bu gün daha məsuliyyətli yanaşdıq və qələbə qazandıq.

– Qurban müəllim oyunlara həmişə təvazökarlıqla yanaşır oyunlara. Artıq çempionat da bitir. “Qarabağ”a Azərbaycan çempionatında rəqibin olmadığını düşünürsənmi?

– Yox, bu fikirlə razılaşmıram. Belə vəziyyətlər dünya çempionatlarında da baş verir. Bəzi klubların oyunu alınmır, bəzi klublar gözlənildiyindən uğurlu nəticələr göstərir. Ola bilər ki, gələn il bizim oyunumuz alınmasın. Bu çempionatlarda gözlənilən bir haldır. Bu idmandır, bir komanda udur, bir komanda uduzur.

– Keçən ilki ilə müqayisədə, bu il klublar arasındakı rəqabət necə idi? Güclü idi yoxsa zəif?

– Şəxsən mənim üçün çempionat maraqlı və gərgin keçdi. Oyunlarda heç bir klub bizə asanlıqla təslim olmurdu. Fikirləşirəm ki, yaxşı mövsüm keçdi.

– Çempionluğu necə qeyd edəcəksiz?

– Təmtəraqlı qeyd etməyəcəyik hələki. Çünki qarşıdan bizi oyunlar gözləyir. Kubok oyunlarımız var. Hələ çempionluğu bayram etməyəcəyik. Buna hələ vaxtımız yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43