Ölkə futbolu

Çempionatda 30, “Neftçi”də 10

“Zirə” ilə oyun (4:2) “Neftçi”nin hücumçusu Baqali Dabo üçün yubileylərlə yadda qalıb.

Dubla imza atan fransız futbolçu ilk topu ikiqat önəm kəsb edib. Bu, Baqalinin Azərbaycan çempionatlarında 30-cu, “ağ-qaralar”ın heyətində Premyer Liqada 10-cu qolu olub. Hücumçu ardınca bu rəqəmləri müvafiq olaraq 31 və 11-ə də çatdırıb.

“30”u arxada qoyan bombardir bu göstəriciyə üç mövsümə nail olub. 2016/17 mövsümündə 7 (16 oyun), 2017/18 mövsümündə 13 (27 oyun) dəfə fərqlənən Dabo bu qolları “Qəbələ”də vurub. “Neftçi”dəki ilk mövsümündə 21-ci oyunda 11-ə çatan forvard ümumilikdə 64 matçda 31 qola sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43