Kateqoriyasız

“Çempionatımızda onun kimi oyunçu yoxdur” – Samir Abasov

Azərbaycan Premyer Liqasında XVIII turun “Neftçi” – “Səbail” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, gənc mütəxəssis öncə matç barədə fikirlərini bildirdi…

– Oyun kənardan rahat görünə bilər, amma biz nələr çəkirdik, Allah bilir. Qol vurmadıqca həm futbolçularda tələskənlik, həm bizdə həyəcan yaranırdı. Futbolçular qələbə istəyinin sona kimi saxladılar. Təmkini saxlamaq, panikaya düşməmək vacibdir. Futbolçularıçmız bunu göstərdilər. Onları təbrik edirəm.

– Yeni transferlərdən ən çox hansının oyunundan razısız?
– Heç birini ayırmazdım. Onların vəziyyətlərini anlayıram. Adaptasiya dövrünü keçirlər. Əsas odur ki, məşqlərdə özlərini göstərməyə və oynamağa istəklidirlər. Hansısa oyunlarda göstəricilər mənim üçün elə də önəmli deyil. Hər şey yaxşıdır.

– Son zamanlar Ramon Maçado formadadır. Bu gün onun start heyətdə olacağını gözləyirdik…
– Sizcə, Maçado bizim üçün yararlıdır?

– Son iki oyunda çox yaxşı idi…
– 3-4 mətbuat konfransı öncə siz deyirdiz ki, Maçado “Neftçi”yə yararsızdı. İki həftə əvvəl səbr etmək olmazdı? Tiaqo da ondan geri qalmır. Əvvəl də məşqçi pis olurdu, indi də. Komandada balansı qorumaq çox önəmlidir. Bu gün Maçado oynamasa belə, bunu anlayışla qəbul edəcək. Tiaqonu da komanda ruhunda saxlamaq önəmlidir. Ümumiyyətlə, çempionatımızda onun kimi oyunçu yoxdur. Heç kim bizdən inciməsin. Hansı nəticə olursa-olsun, öz oyunlarımız önəmlidir. İlk “4-lük”dəki komandalarla qarşılaşanda stressə düşməməliyik. Sabah hansı nəticə qeydə alınsa, qazanan biz olacağıq.

– Sosial şəbəkələrdə Xəyal Nəcəfov çox tənqid olunur. Bu gün əvəzlənməsi zəif oyunu ilə bağlı idi?
– Ayağına zərbə aldı. Vəziyyəti yaxşı deyil. Ola bilər, onu uzun müddətə itirək. Sosial şəbəkə istifadəçilərindən heyət qurmalarını istəsək, hərəsi fərqli komanda quracaq. Əsas odur, biz nə fikirləşirik.

– Ukraynada çıxış edən azərbaycanlı futbolçularla maraqlandığınız bildirilir…
– Belə bir şey yoxdur. Bununla bağlı söhbət getmir. Tezliklə müharibənin bitməsini arzulayırıq. Heç bir futbolçu ilə danışıq olmayıb. Belə fikrimiz də yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43