Dünya futbolu

Çempionlar Liqasında 1/8 final: “Liverpul” və PSJ məğlub oldu

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Madrid “Atletiko”su doğma azarkeşləri qarşısında son çempion “Liverpul”u qəbul edib. Görüş ispanların qələbəsi ilə yekunlaşıb – 1:0.

Fransanın PSJ klubu isə Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Sabah daha iki oyun keçiriləcək. “Tottenhem” “Leyptsiq”i, “Atalanta” isə “Valensiya”nı qəbul edəcək.

1/8 finalın digər oyunları 25-26 fevralda keçiriləcək.


Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

18 fevral

00:00 Atletiko (İspaniya) – Liverpul (İngiltərə) – 1:0
Qol:
 Saul Niqes, 4

00:00 Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa) – 2:1
Qol: 
Holand, 69, 77 – Neymar, 75 (pen.)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43