Kateqoriyasız

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Püşkdən öncə qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanan 16 komanda iki səbətə bölünüb. Qrup liderləri səpələnmiş, ikinci yeri tutanlar isə səpələnməmişlər sırasında qərarlaşıb.

Çempionlar Liqası
1/8 final

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Mançester Siti”
“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)
“Atletiko” (Madrid, İspaniya) – “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Liverpul”
“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) – PSJ (Fransa)
“Atalanta” – “Real” (Madrid, İspaniya)
“Sevilya” – “Borussiya” (Dortmund, Almaniya)

1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları martın 9-10-da və 16-17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43