Dünyadan

Çempionlar Liqası: 4 qarşılaşmada 16 qol (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Gecənin ən bol qollu matçı Norveçdə olub. Burada Zaqreb "Dinamo"su səfərdə "Molde" ilə məhsuldar heç-heçə edərək tur adlayan tərəf olub.

4 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

22:00. APOEL (Kipr) – “Midtilland” (Danimarka) – 0:1 
Qol:
 Sviatçenko, 3 (0:1)
İlk oyun – 2:1

22:00. “Molde” (Norveç) – “Dinamo” (Xorvatiya) – 3:3 
Qollar:
 Pjaca, 17 (0:1), Ademi, 20 (0:2), Roq, 23 (0:3), Hussain, 43 (1:3), Elyonuonessi, 52 (2:3), Kamara, 75 (3:3)
İlk oyun – 1:1

23:15. "Ayaks" (Hollandiya) – "Rapid" (Avstriya) – 2:3 
Qol:
 Beriç, 12 (0:1), Şaub, 39, (1:1),  Milik, 53 (2:1), Qudelj, 75 (2:2),  77 (2:3)
İlk oyun – 2:2

23:45. “Monako” (Fransa) – “Yanq Boyz” (İsveçrə) – 4:0 
Qol: 
Kavalyero, 54, Kurzava, 64, Martial, 70, El Şaaravi, 77
İlk oyun – 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43