Kateqoriyasız

Çempionlar Liqası: “Araz Naxçıvan” əsas mərhələdən başlayacaq

UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də atılacaq.

İdmanxeber.az xəbər verir ki, artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. Ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək. Təmsilçimiz B yolunda mübarizə aparacaq ki, reqlamentə əsasən, yer aldığı qrupdan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda yarışacaq.

Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.

“Araz-Naxçıvan”ın oyunları 25-30 oktyabrda keçirləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43