28 Sentyabr 2021
Kateqoriyasız

Çempionlar Liqası: “Bavariya” və “Yuventus”dan qələbə

Çempionlar Liqasında 2021-2022-ci il mövsümünə start verilib.

İlk gündə 4 qrupda 8 qarşılaşma baş tutub.

“Mançester Yunayted” gözlənilmədən səfərdə “Yanq Boyz”a uduzub. “Barselona” öz meydanında “Bavariya”ya böyük hesabla məğlub olub. Turnirin son qalibi “Çelsi” Londonda “Zenit”ə qalib gəlib. “Yuventus” “Malmö” səfərində 3 xalı 3 qolla qazanıb.

Çempionlar Liqası
I tur

F qrupu

“Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qollar: 
Nqamaleu, 66, Sibaço, 90+5 – Ronaldo, 13

“Vilyarreal” (İspaniya) – “Atalanta” (İtaliya) – 2:2
Qollar: 
Triqeros, 39, Danjuma, 73 – Freuler, 6, Qosens, 83

G qrupu

“Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) – 1:1
Qollar:
 Rakitiç, 42 (pen.) – Suçiç, 21 (pen.)

“Lill” (Fransa) – “Volfsburq” (Almaniya) – 0:0

E qrupu

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 0:3
Qollar: 
Müller, 33, Levandovski, 56, 85

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:0

H qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) – 1:0
Qol:
 Lukaku, 69

“Malmö” (İsveç) – “Yuventus” (İtaliya) – 0:3
Qollar: A
.Sandro, 23, Dibala, 45 (pen.), Morata, 45+1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA avqustun 3-nə qədər AFFA-ya vaxt verdi

admin

Millimizin üzvü “patı”dan öldü

admin

Millimizin məşqçilərindən biri bilindi – Sürpriz ad

admin