Kateqoriyasız

Çempionlar Liqası: “Bavariya” beş, “Marsel” dörd qolla qalib gəldi – VİDEO

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

İdmanxeber.az-ın əlumatına görə, C qrupunda Almaniya “Bavariya”sı evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə “Marsel” Fransada Portuqaliya “Sportinq”inə qalib gəlib. Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 oktyabr

C qrupu

20:45. “Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) – 5:0

Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya)

Xal durumu: “Bavariya” – 9 (3 oyuna). “Barselona” – 3. “İnter” – 3. “Viktoriya” – 0 (3 oyuna)

D qrupu

20:45. “Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) – 4:1

Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 – Fransişku Trinkan, 1

Qırmızı vərəqə: Antonio Adan, 23 (“Sportinq”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43