Dünya futbolu

Çempionlar Liqası: “Borussiya” PSJ-ni məğlub etdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə,bu mərhələnin son matçında Fransa PSJ-si Almaniyada Dortmund “Borussiya”sının qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Komandalar arasındakı cavab görüşü mayın 7-də olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun

1 may

Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0
Qol: N.Füllkruq, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43