Kateqoriyasız

Çempionlar Liqası: Bu da “Qarabağ”ın potensial rəqibləri 

“Qarabağ”ın UEFA Çempionlar Liqasının1-ci təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “Maribor” Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın “Linfild” komandası səpələnməmişlər səbətinə düşərək “Qarabağ”ın potensial rəqiblərindən biri olub.

“Köhlən atlar” bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. “Qarabağ” Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Ludoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Bude Qlimt” (Norveç)
“Ferentsvaroş” (Macarıstan)
“Slovan” (Bratislava, Slovakiya)
HJK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
“Düdelanj” (Lüksemburq)

Səpələnməmişlər
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Poznan, Polşa)
“Şaxtyor” (Soliqorsk, Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
RFŞ (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” “Olimpiakos”a məğlub oldu – Yenilənib

admin

AFFA-nın Konfransı keçirilir

Səxavət Qurbanov

AFFA daha 10 nəfəri futboldan “sildi”

admin