UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı oyunçunun çıxış etdiyi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Borac”ın qonağı olub. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 1:0.
Əliyev oyuna start heyətdə başlayıb və 90+4-cü dəqiqədə əvəzlənib. O, matçın 63-cü dəqiqəsində sarı vərəqə alıb.