İdman

Çempionlar Liqası: Favorit komandalar qələbəyə sevindi, “Stemford Blic”də məhsuldar heç-heçə – NƏTİCƏLƏR

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, ikinci matç günündə A,B,C,D qrupunun oyunları keçirilib.

A qrupunda itkisiz irəliləyən lider “Mançester Yunayted” turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Benfika”nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.. MOİK-lə “Bazel”in Moskvadakı görüşündə qonaqlar qələbə qazanıb – 0:2.
 
B qrupunda “Bavariya” yeni baş məşqçi Yupp Haynkesin rəhbərliyi altında “Seltik”i qəbul edib. Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0. PSJ isə səfərdə “Anderlext”i darmadağın edib – 4:0.

C qrupunda “Qarabağ”ın rəqibləri olan “Çelsi” və “Roma” Londonda üz-üzə gəlib. Oyunda 6 qol vurulsa da qalib müəyyənləşməyib. 
D qrupunda isə Yuventus” “Sportinq”ə 2:1, “Barselona” “Olimpiakos”a 3:1 hesabı ilə qalib gəlib. 

A qrupu

22:45. MOİK (Rusiya) – “Bazel” (İsveçrə) – 0:2
Qol: 
Caka, 29, Oberlin, 90

22:45. “Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
Qol: Reşford, 64


B qrupu

22:45. “Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya) – 3:0
Qollar:
 Müller, 17, Kimmix, 29, Hummels, 51

22:45. “Anderlext” (Belçika) – PSJ (Fransa) – 0:4
Qollar: 
Mbappe, 3, Kavani, 43, Neymar, 66, Di Mariya, 88


C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) – 0:0

22:45. “Çelsi” (İngiltərə) – “Roma” (İtaliya) – 3:3
Qollar: David Luiz, 10, Azar, 37, 75 – Kolarov, 40, Ceko, 64, 70

D qrupu

22:45. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 2:1
Qollar: 
Aleks Sandro, 12-avtoqol (0:1), Pyaniç, 29 (1:1), Mancukiç, 84 (2:1)

22:45. “Barselona” (İspaniya) – “Olimpiakos” (Yuventus) – 3:1
Qollar: 
Nikolau, 18-avtoqol (1:0), Messi, 61 (2:0), Din, 64 (3:0), Nikolau, 90 (3:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43