Kateqoriyasız

Çempionlar Liqası: Leverkuzen və Londonda gözlənilməz nəticələr (VİDEOLAR)

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, "Arsenal" öz meydanında Fransanın "Monako" klubu ilə qarşılaşıb. Dörd qolun vurulduğu qarşılaşmada sevinən tərəf "Monako" futbolçuları olub. Gəlmələr Londondan gözlənilməziediblər – 1:3.

Almaniyada Leverkuzen "Bayer"i Madrid "Atletiko"sunu sınağa çəkib. Burada da favorit qonaqlar göstərilsə də, meyadn sahibləri ispanları məyus etməyi bacarıblar – 1:0. 

25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Arsenal" (İngiltərə) – "Monako" (Fransa) – 1:3

Qollar: Kondoqbia, 38 (0:1), Berbatov, 53 (0:2), Çemberleyn, 90+1 (1:2), Fereyra, +04 (1:3)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) – "Atletiko" (Madrid, İspaniya) – 1:0

Qol: Çalhanoğlu, 57 (1:0)

Qırmızı vərəqə: Tiaqo, 77 ("Atletiko")


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43