Kateqoriyasız

Çempionlar Liqası: “Leyptsiq” yarımfinalda! (VİDEO)

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, növbəti oyun günündə bir matç baş tutub. Lissabonun “Estadio Joze Alvalade” stadionunda “Leyptsiq” Madrid “Atletiko”su ilə qarşılaşıb.

Görüş almanların qələbəsi ilə başa çatıb – 2:1.

Komanda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq.

13 avqust

Çempionlar Liqası 1/4 final

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1 
Qollar:
 Olmo, 51 (1:0), Feliks, 70-pen. (1:1), Adams, 88 (2:1)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43