18 Yanvar 2021
Kateqoriyasız

Çempionlar Liqası: “Liverpul” və “İnter” məğlub oldu

Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

Son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

Gecənin ən maraqla gözlənilən qarşılaşması “San Siro”da “İnter”lə “Real” arasında oynanıbş Madrid klubu səfərdə 2:0 hesablı qələbə qazanıb.

Günün sürpriz nəticəsi Liverpulda qeydə alınıb. Şəgərin eyniadlı komandası “Atalanta”ya uduzub – 0:2.

“Bavariya” və “Mançester Siti” isə turu qələbə ilə başa vurmaqla növbəti mərhələyə yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi, IV tur

25 noyabr

A qrupu

00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) – 0:0

00:00. “Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) – 3:1
Qollar: Levandovski, 42, Vober, 52 (öz qapısına), Sane, 68 – Berişa, 73
Qırmızı vərəqə: Roka, 66 (“Bavariya”)

B qrupu

21:55. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 4:0
Qollar: Ştindl, 16, Elvedi, 34, Embolo, 45+1, Vendt, 77

00:00. “İnter” (İtaliya) – “Real” (İspaniya) – 0:2
Qollar:
 Azar, 7 (pen.), Rodriqo, 59
Qırmızı vərəqə: Vidal, 33 (“İnter”)

C qrupu

21:55. “Olimpiakos” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) – 0:1
Qol:
 Foden, 36

00:00. “Marsel” (Fransa) – “Portu” (Portuqaliya) – 0:2
Qollar: 
Sanusi, 39, Oliveyra, 72
Qırmızı vərəqə: Qruyiç, 67

D qrupu

00:00. “Ayaks” (Niderland) – “Midtyullan” (Danimarka) – 3:1
Qollar: 
Qravenberx, 47, Mazraui, 49, Nereş, 66 – Mabil, 81

00:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) – 0:2
Qollar: 
İliçiç, 60, Qosens, 64


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Şehiç və Almeydadan Xocalı paylaşımı – Fotolar

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sumqayıt”ın futbolçusu cəzalandırıldı

admin