Kateqoriyasız

Çempionlar Liqası: “Mançester Yunayted” və “Borussiya” 1/4 finalda! – YENİLƏNİB

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutacaq. 

İngiltərənin "Mançester Yunayted" klubu səfərdə 0:2 hesabı ilə məğlub olduğu "Olimpiakos"u qəbul edəcək.

Digər matçda Dortmund "Borussiya"sı səfərdə məğlub etdiyi "Zenit"i qonaq edəcək.

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

19 mart

23:45. "Borussiya" (Dortmund, Almaniya) – "Zenit" 1:2 (Rusiya) (İlk oyun – 4:2)
Qol: Sebastian Kel, 38 // Halk, 10, Rondon, 73

23:45. "Mançester Yunayted" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) (İlk oyun – 0:2) 3:0
Qol: Van Persi, 25 (p), 45, 52

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43