27 Oktyabr 2020
Kateqoriyasız

Çempionlar Liqası: “Olimpiakos” və “Dinamo” qrupda

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İlk gün 3 oyun keçirilib. III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə edib – 0:0. Norveçdə keçirilən ilk oyun 3:3 hesablı bərabərliklə bitdiyi üçün Macarıstan təmsilçisi səfər qolları ilə qrup mərhələsinə yüksəlib.

Yunanıstanın “Olimpiakos” klubu Kipr təmsilçisi “Omoniya”nı, Kiyev “Dinamo”su isə Belçika “Gent”ini mübarizədən kənarlaşdırıb və qrup mərhələsinə adlayıb.

Pley-off mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

29 sentyabr

 

“Omoniya” (Nikosiya, Kipr) – “Olimpiakos” (Yunanıstan) – 0:0
İlk oyun – 0:2

“Ferentsvaroş” (Macarıstan) – “Molde” (Norveç) – 0:0
İlk oyun – 3:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Gent” (Belçika) 3:0
İlk oyun – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Əliyar Ağayevin Avro-2020 oyununda qərarları

admin

“Qarabağ” və “Neftçi”dən qələbə

admin

“Qarabağ” – “Şerif” oyununa nə qədər bilet satılıb?

admin