Kateqoriyasız

Çempionlar Liqası: PSJ və “Liverpul” 1/4 finalda

Bu gün Çempionlar Liqasında daha 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

1/4 final uğrunda cavab matçında “Liverpul” 2 cavabsız qolla qalib gəldiyi “Leypsiq”i qəbul edəcək. Yurgen Kloppun komandası pandemiya səbəbindən rəqibini Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da qəbul edəcək.

Günün digər matçında isə “Barselona” PSJ-nin qonağı olacaq. “Nou Kamp”dakı oyunda 4:1 hesabı ilə qalib gələn Paris klubu növbəti mərhələyə daha yaxındı.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)

00:00. “Liverpul” (İngiltərə) – “Leypsiq” (Almaniya) – 2:0
İlk oyun – 2:0

00:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) – 1:1
Qollar:
 Mbappe, 31 (pen.) – Messi, 37
İlk oyun – 4:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43