Kateqoriyasız

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi bilindi

Çempionlar Liaqasında I təsnifat mərhələsinin görüşləri başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirin mübarizə aparan “Qarabağ”ın da II təsnifat turundakı rəqibi müəyyənləşib.

Moldovada keçirilən “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) görüşündə birincilər qələbə qazanıb – 2:0. Bununlada “Şerif” “Qarabağ”a rəqib olub.

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43