Kateqoriyasız

“Qarabağ”ın rəqibi bilindi – Çempionlar Liqasında

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə 14:00-da başlayıb.

Səpələnmişlər səbətində yer alan “Qarabağ”ın 4 potensial rəqibi var idi. Ağdam təmsilçisinin rəqibi “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və ya “Sileks” (Şimali Makedoniya) olacaqdı. “Qarabağ”ın bəxtinə “Sileks” düşüb.

Ağdam təmsilçisi oyununu evdə keçirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsinin püşkü

“Qarabağ” – “Sileks” (Şimali Makedoniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43