15 Avqust 2022
Kateqoriyasız

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Saat 15:00-da təşkil olunmuş ilk püşkatmanın nəticələri etibarsız hesab olunduğundan, mərasim yenidən keçirilib.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. Eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.

UEFA Çempionlar Liqası, 1/8 final

Zalsburq (Avstriya) – Bayern (Almaniya)
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə)
Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Çelsi (İngiltərə) – Lill (Fransa)
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
İnter (İtaliya) – Liverpul (İngiltərə)
PSJ (Fransa) – Real (İspaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ”ın səfər gücü

admin

Renat Dadaşov oynadı, “Benfika” qalib gəldi – VİDEO

admin

Birinci divizionda oyunların vaxtı açıqlandı

admin