Kateqoriyasız

Çempionlar Liqasında 1/8 finalın püşkü nə zaman atılacaq?

FutbolPressÇempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir dekabrın 16-ı saat 15:00-da başlayacaq. Püşk zamanı komandalar qrupdakı nəticələrinə iki səbətdə yer alacaq. Qrup liderləri səpələnmişlər, ikinci pillənin sahibləri səpələnməmişlər səbətində yer alacaq. Eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar bir-birinə rəqib ola bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

Çempionlar Liqası
1/8 final mərhələsinin püşkatması
Səbətlər

Səpələnmişlər: “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Valensiya” (İspaniya)

Səpələnməmişlər: “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Lion” (Fransa), “Napoli” (İtaliya), “Real” (İspaniya), “Tottenhem” (İngiltərə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43