Dünya futbolu

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılır

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünəcək. Kor püşk atıldığından istənilən komanda istənilən rəqiblə üz-üzə gələ bilər.

Çempionlar Liqası

1/4 final

“Real” (İspaniya)

“Atletiko” (İspaniya)

“Barselona” (İspaniya)

“Lester” (İngiltərə)

“Bavariya” (Almaniya)

“Borussiya” (Dortmund, Almaniya)

“Yuventus” (İtaliya)

“Monako” (Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43