Dünya futbolu

Çempionlar Liqasında 2 oyuna hakim təyinatı açıqlandı

Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək 2 cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Yuventus” – “Portu” görüşünü Rumıniya Futbol Federasiyasından Ovidiu Hategan idarə edəcək. Ona Oktavian Şovre və Radu Petresku köməklik edəcək. Dördüncü hakim funksiyasını Radu Adrian Qinquleas yerinə yetirəcək.

Turun digər oyunu – “Lester” – “Sevilya” matçı isə Daniele Orsato başçılıq etdiyi italiyalı hakimlər briqadasına həvalə edilib. Ona Rikkardo di Fiore və Lorenzo Manqanelli köməklik edəcək. Alessandro Qiallatini dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43