Kateqoriyasız

Çempionlar Liqasında həftənin ən yaxşısı

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Bu ada “Liverpul”dan Roberto Firmino layiq görülüb.

“Portu” ilə görüşdə (2:0) bir qol vuran braziliyalı qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43