Dünya futbolu

Çempionlar Liqasında həftənin futbolçusu seçildi

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə “Bavariya”nın hücumçusu Robert Levandovski turun ən yaxşısı seçilib. 31 yaşlı oyunçu “Srvena Zvezda” ilə səfər qarşılaşmasında (6:0) pokerə imza ataraq buna nail olub.

Levandovski digər iddiaçılar Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romelu Lukakunu (“İnter”) qabaqlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43