İdman

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı futbolçu seçilib.

Misirli oyunçu səslərin 53 faizini toplayıb. İkinci yerə isə İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu 35 faiz səs yığıb. Almaniya “Bavariya”sının yarımmüdafiəçi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.

Qeyd edək ki, “Liverpul”un Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda Məhəmməd Salah 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43