Dünya futbolu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Madrid “Real”ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

O, səslərin 57 faizini toplayıb. Paulo Dibala (“Yuventus”) 2-ci, Kilian Mbappe (“Monako”) 3-cü olub.

Qeyd edək ki, Ronaldo ÇL-in 1/4 finalının “Bavariya” ilə ilk oyununda dubl edərək komandasına qələbə qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43