İdman

Çempionlar Liqasında həftənin oyunçusu o seçildi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Real”ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

Portuqaliyalı futbolçu Neymar (PSJ), Robert Levandovski (“Bavariya”), Yannik Karrasko (“Atletiko”), Eden Hazard (“Çelsi”), Timo Verner (“Leyptsiq”), Harri Keyn (“Tottenhem”) və Lorenso İnsinyeni (“Napoli”) qabaqlayıb.

Qeyd edək ki, Ronaldo APOEL-ə 6:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43