Dünya futbolu

Çempionlar Liqasında ilin rəmzi komandası məlum oldu

UEFA Çempionlar Liqasında cari mövsümün ən rəmzi heyəti müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, rəmzi heyətdə 18 futbolçu yer alıb:

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Yan Oblak (“Atletiko”).

Müdafiəçilər: Leonardo Bonuççi (“Yuventus”), Dani Karvahal, Marselo, Serxio Ramos (“Real”), Dieqo Qodin (“Atletiko”).

Yarımmüdafiəçilər: Kasemiro, Toni Kroos, Luka Modriç, İsko,  (“Real”), Miralem Pyaniç (“Yuventus”), Timue Bokayako (“Monako”).

Hücumçular: Kriştiano Ronaldo (“Real”), Kilian Mbappe (“Monako”), Lionel Messi (“Barselona”), Antuan Qrizmann (“Atletiko”), Robert Levandovski (“Bayern”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43