Kateqoriyasız

“Real” və “Mançester Siti” yarımfinalda

Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşəcək.

1/4 finalın ilk oyununda Madriddə “Liverpul”a 3:1 hesabı ilə qalib gələn “Real” səfərdə üstünlüyü qorumağa çalışacaq.

1 həftə öncə “Mançester Siti”yə İngiltərədə 1:2 hesabı ilə uduzan “Borussiya” isə Dortmundda geridönüş etməyə çalışacaq.

Ötən gecə PSJ və “Çelsi” növbəti mərhələyə adlayıb.

Çempionlar Liqası
1/4 final (cavab oyunları)

14 aprel

23:00. “Borussiya” Dortmund (Almaniya) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 1:2

23:00. “Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya)
İlk oyun – 1:3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43