Ölkə futbolu

Çempionlar Liqasından öncə “Qarabağ”ı sevindirən məqam

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov nəhayət ki, komandayla birgə kollektiv məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, zədədən əziyyət çəkən millimizin üzvü hazırdsa özünü yaxşı hiss edir. Lakin Sadıqov tam hazır vəziyyətdə deyil.

Məhz buna görə də, təcrübəli müdafiəçi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Valletta”ya qarşı ilk matçda meydana çıxma ehtimalı azdı. Lakin onun cavab matçında komandaya kömək edə biləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43