Dünya futbolu

“Çempionlar Liqasını həmişə “Real” qazanır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqası oyunu öncəsi açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis məqsədlərinin bütün titulları qazanmaq olduğunu bildirib:

“Hədəfimiz stabil çıxış etmək, kuboku qazanmağa mümkün qədər yaxınlaşmaqdır. Mövsümə yalnız Çempionlar Liqasını düşünərək hazırlaşırsınızsa, onda məğlubiyyətə düçar olsanız. Əlinizdə heç nə qalmayacaq. Çünki bu turniri həmişə “Real” qazanır. 

İstərdim ki, son yarımfinaldakı kimi eyni matçlardan ikisini keçirək, bunun mümkün olduğunu düşünmürəm.

Mançesterdə əla oyun keçirdik, cavab oyununda da yaxşı idik, lakin bu kifayət etmədi. İndi biz yenə də məqsədimizə çatmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43