02 Oktyabr 2020
Kateqoriyasız

“Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər” – Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, Çempionlar Liqası finalı Azərbaycanda keçirilə bilər.

O, jurnalistlərə açıqlamasında deyib:

“Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”də bərpa məşqi

admin

Dmitri Nazarov: “Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var”

admin

İki ildən sonra La Liqaya qayıtdı

admin