Dünya futbolu

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

İdmanxeber.com-un məlumatına görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:

UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu

İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu

Gürcüstan – Tbilisi – Dinamo Arena

Almaniya – Frankfurt – Frankfurt Stadion

Almaniya – Ştutqart – Arena Stuttgart

Şotlandiya – Qlazqo – Hampden Park

İspaniya – Sevilya – Estadio Ramon Sanchez Pizjuan

Türkiyə – İstanbul – Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43