08 Sentyabr 2024
Dünyadan

Çempionlar Liqasının finalı öncəsi “Real” üçün böyük şok

Çempionlar Liqasının finalında Madrid “Atletiko”su ilə üz-üzə gələcək “Real” vacib qarşılaşma öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “kral” klubunun hücumçusu Kərim Benzemanın zədəsi ciddidi.

Fransız futbolçunun təkrar müayinəsindən sonra dizaltı vətərlərində problem aşkarlanıb. Məhz buna görə də, o, “Selta” ilə görüşün iştirak ərizəsindən çıxarılıb.

Hətta Benzema bundan öncəki bir neçə matça zədəli halda çıxıb. Məhz buna görə də, onun zədəsi getdikcə ciddiləşib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43