Dünya futbolu

Çempionlar Liqasının formatı dəyişə bilər

UEFA Çempionlar Liqasında islahatlar apara bilər. Qurum qrup mərhələsinin formatını dəyişmək niyyətindədi.

2024/25 mövsümündən başlayaraq qrupların sayının azaldılması müzakirə olunur. Ancaq bu planda dəyişiklik olsa belə, qrup turnirində komandaların sayı olduğu kimi qalacaq. İndi 32 klubun 8 yox, 4 qrupa bölünməsi təklif olunur. Bu isə hər qrupda 8 komandanın yarışması deməkdi. Qruplarında ilk 4 yeri tutacaq klubların pley-off mərhələsinə vəsiqə qazanması nəzərdə tutulur.

Avropa Klublar Assosiasiyasının (AKA) irəli sürdüyü ideya ÇL-də oyun sayının. bunun sayəsində isə gəlirlərin artırılmasına hesablanıb.  Yəni təklif UEFA tərəfindən qəbul olunsa, komandalar qitənin ən nüfuzlu turnirində mövsüm ərzində ümumilikdə 94 yox, 224 oyun keçirməli olacaqlar. AKA-nın klublara ölkədaxili matçlarını həftəiçi, ÇL oyunlarını isə həftəsonu keçirməyi təklif edəcəyi də bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43