Dünya futbolu

Çempionlar Liqasının püşkü bugün atılır

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq. 

İdmanxeber.com-un məlumatına görə, Monakoda baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Tədbirdə Avropanın ən güclü 32 komandası iştirak edəcək. Bu komandalar hərəsində 4 klub olmaqla 8 qrupa bölünəcək.

 

32 iştirakçıdan 22-si birbaşa, 10-u isə pley-offdan qrupa yüksəlib. Artıq bu komandalar 4 səbətə ayrılıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I səbət

“Real” (İspaniya), “Barselona” (İspaniya), “Lester” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya)

 

II səbət

“Atletiko” (İspaniya), “Borussiya” D (Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Porto” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Almaniya)

 

III səbət

“Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Lion” (Fransa), PSV (Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” M (Almaniya)

 

IV səbət

“Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), “Dinamo” (Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya).

 

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 13-14-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43