Dünya futbolu

Çempionlar Liqasının qalibi müəyyənləşdi

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  finalda “Tiqres” klubuna qalib gələn “Paçuka” turnirin çempionu olub.

Komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. “Paçuka” komandası doğma meydanda keçirdiyi cavab qarşılaşmasında Franko Jaranın 83-cü dəqiqədə vurduğu qolla 5-ci dəfə çempion adını qazanıb.

CONCACAF Çempionlar Liqasında keçirdiyi 16 ev oyununda heç vaxt məğlub olmayan “Paçuka” komandası bu qələbə ilə həm də klublararası dünya çempionatında iştirak hüququ əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43