Dünya futbolu

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq 22 komanda

“Qarabağ” klubu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə vəsiqə qazanmağı bacarsa, səpələnmişlər sırasında yer alacaq. Bu isə münasib rəqiblə düşəcəyimiz deməkdi.

Hesabında 18,050 bal olan “Qarabağ”ın yüksək reytinqi ona bu yay nisbətən zəif rəqiblə düşməyə və nəticədə ilk dəfə pley-offa çıxmağa imkan verəcək.

22 komanda bu mövsüm ÇL-nin qrupuna birbaşa vəsiqə əldə edib.

“Real” (Madrid), “Barselona”, “Atletiko” (Madrid) (İspaniya), “Bayern” (Münhen), “Leyptsiq”, “Borussiya” (Dortmund) (Almaniya), “Çelsi”, “Tottenhem”, “Mançester Siti”, “Mançester Yunayted” (İngiltərə), “Yuventus”, “Roma” (İtaliya), “Benfika”, “Portu” (Portuqaliya), “Monako”, PSJ (Fransa), “Spartak” (Rusya), “Şaxtyor” (Ukrayna), “Anderlext” (Belçika), “Feyenoord” (Hollandiya) və “Bazel” (İsviçrə) klubları birbaşa qrup mərhələsindən mübarizəya start verəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43