Dünya futbolu

Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü nə vaxt atılacaq?

Avropa Liqası və Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, püşkatma mərasimi sabah İsveçrənin Sion şəhərində keçiriləcək. Mərasimdə ilk olaraq saat 14:00-da Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. Bundan 1 saat sonra – saat 15:00-da isə Avropa Liqasının yarımfinal mərhələsinin cütlükləri bəlli olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında yarımfinala “Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) klubları yüksəliblər.

Avropa Liqasının yarımfinalına yüksələcək komandaların adına isə bu gün keçiriləcək matçlardan sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43