Kateqoriyasız

Messi “Barselona” azarkeşləri ilə dalaşdı

Lionel Messi Liverpul aeroportunda “Barselona” fanatları ilə mübahisə edib.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul”la cavab qarşılaşmasından (0:4) sonra dopinq-testdən keçən Messi hava limanına komandadan gec yollanmalı olub. Bu zaman ispan fanatlar ona hücum çəkiblər. Messi də öz növbəsində azarkeşlərin üzərinə şığıyıb. Lakin futbolçunun şəxsi meneceri Pepe Kosta araya girərək, onu hadisə yerindən uzaqlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43