Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son görüş baş tutacaq.
İdmanxeber.com-un məlumatına görə, Bakıda start götürəcək oyunda Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gələcəklər.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yığma komandamıza çempionluq kubokuna yiyələnmək üçün 2 set lazımdı. Millimiz hətta 2:3 hesabı ilə uduzsa da, turnirin qalibi olacaq.