İdman

Cenk Tosun rekord qiymətə “Everton”da

“Beşiktaş”ın aparıcı futbolçusu Cenk Tosunun yeni klubu bəlli olub.

İdmanxeber.com-un “fanatik.com.tr”yə istinadən verdiyi məlumata görə, hücumçu İngiltərə Premyer Liqa təmsilçilərindən “Everton”a transfer olunub. İngilislər bu transfer üçün 25 milyona vrosundan keçməli olublar. Məsələ ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir. 

Qeyd edək ki, transfer gerçəkləşdikdən sonra Cenk Tosun Türkiyədən xaricə yollanan ən bahalı futbolçu kimi tarixə düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43