Ölkə futbolu

Çernışev “Sumqayıt”da

Topaz Premyer Liqanın ikinci yarısına hazırlaşan “Sumqayıt” Futbol Klubu heyətini gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda U-21 millimizin heyətində çıxış etmiş cinah yarımmüdafiəçisi Sergey Çernışevi heyətinə qatıb. 27 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalayıb. O, “Sumqayıt”da 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulan Çernışev karyerası ərzində, “Rəvan”, “Taqanroq” (13 oyun, 4 qol), “Dinamo QTS” (28 oyun, 3 qol), “Lokomotiv” (8 oyun, 1 qol) və “Drujba” (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43