Dünya futbolu

Çexiya milli komandasına yeni baş məşqçi təyin oldu

Çexiya Futbol Federasiyası yeni baş məşqçisini mətbuata tanıdıb.

İdmanxeber.az-ın məlumatına görə, Karel Yarolimin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Yaroslav Şlqav təyin edilib.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis son olaraq  “Slaviya”nı (Praqa) çalışdırıb.

Xatırladaq ki, Çexiyanın Rusiyaya 1:5 hesabı ilə uduzduğu yoxlama oyunundan sonra Yarolim Karel  istefaya göndərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43