Ölkə futbolu

Çexiyalı futbolçu “İnter”ə Avroliqada uğurlar arzuladı

Məlumat verdiyimiz kimi, dünən komandanın keçmiş futbolçusu Bronislav Çervenka “İnter”in Avstriyadakı düşərgəsinə baş çəkmişdi.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çex futbolçu komandaya baş çəkməsi barədə bunları dedi:

-“İnter”in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və maşınımla toplanış yerinə gəldim. Komandadakı keçmiş yoldaşlarımı yenidən görmək xoş idi. Klubun prezidenti Georgi Nikolovla və baş məşqçi Kaxaber Tsxadadeylə görüşüb söhbətləşmək imkanım da oldu.

Bəli, 2 il öncə “İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyətilə maraqlanıram. Bilirəm ki, tezliklə komandanı Avropa Liqasında iştirak gözləyir və “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim! komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram”.

Qeyd edək ki,çex futbolçu “İnter”in heyətində 2007-ci ildən 2012-ci ilədək çıxış etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43