Ölkə futbolu

Çexiyalı futbolçu rəsmən “Neftçi”də!

“Neftçi” Çexiyanın “Slovan” klubunun oyunçusu Zdenek Folprexti transfer edib.

İdmanxəbər.com-un məlumatına görə, bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, “ağ-qaralar” Çexiyanın “Slovan” klubunun yarımmüdafiəçisini 6 aylıq icarəyə götürüb. Bu barədə Liberets klubunun idman direktoru Yan Nezmar məlumat verib:

“Zdenek tibbi müayinə üçün Türkiyəyə yollanacaq. Çünki “Neftçi” təlim-məşq toplanışını Antalya şəhərində keçəcək. “Neftçi” ölkəsinin ən köklü klublarından biridir. Bu təklif sərfəli idi”.

Qeyd edək ki, 25 yaşlı çexiyalı futbolçu 2015-ci ildən “Slovan”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43