Kateqoriyasız

Çexiyalı qapıçı “Qarabağ”a qarşı hər iki oyunu buraxacaq

“Olimpiakos” klubunun qapıçısı Tomaş Vatslik “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin hər iki oyununu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiperin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. O, Çexiyanın Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43